AZ

Rusiya-Fransa xəttində nüvə silahı gərginliyi

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın nüvə silahı təlimindən sonra Fransa da nüvə başlıqları daşıya bilən raketləri sınaqdan keçirib.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Fransanın müdafiə naziri Sebastian Lekornu dünən öz Twitter hesabında etdiyi paylaşımda Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin ASMPA-R raketlərini sınaqdan keçirdiyini açıqlayıb.

“Rafale” döyüş təyyarələrinin qatıldığı Durandal əməliyyatı adlı təlimdə səsdən sürətli nüvə raketlərinin ilk sınağı uğurla həyata keçirildiyi bildirilib.

Lekornu bildirib ki, çoxdan planlaşdırılan təlimin uğuru Fransanın nüvə qarşısının alınması qabiliyyətini nümayiş etdirir.

Durandal əməliyyatı çərçivəsində mayın 13-də başlayan təlimlərin iyunun 14-də başa çatması planlaşdırılır.

"The Guardian" Fransanın təliminin Rusiyanın nüvə raket sınaqlarından sonra gəldiyinə diqqət çəkib.

Rusiya Müdafiə Nazirliyinin çərşənbə axşamı verdiyi açıqlamada, nüvə başlıqları daşıya bilən "İskəndər" və "Kinjal" raketləri ilə təlim keçirildiyi açıqlanıb.

Təlimlər Rusiyanın Cənub Hərbi Dairəsində keçirilib. Sözügedən bölgəyə Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım, həmçinin 2022-ci ildə Ukraynanın cənubunda ələ keçirdiyi 4 rayon daxildir.

Rusiya prezidenti Vladimir Putin mayın 6-da əməliyyata göstəriş verərkən verdiyi açıqlamada təlimlərin “Qərb rəsmilərinin təxribatçı bəyanatlarına və təhdidlərinə cavab olaraq keçiriləcəyini” bildirib.

Putinin bəyanatı Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi qüvvələr göndərilməsinin mümkünlüyünü təkrarlamasından sonra verilib.

Mayın 2-də “The Economist” jurnalında dərc olunan müsahibəsində Makron iddia edib ki, Rusiya irəliləyişini davam etdirsə və Kiyev qoşun tələb etsə, Ukraynaya qoşun göndərilməsi “qanuni” olacaq.

Moskvanın müharibədə qalib gəlməsinə icazə verilə bilməyəcəyini ifadə edən Makron, “Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq” deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
1
hafta.az

2Mənbələr