AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 270 Bakı şəhəri, 22 may 2024-cü il 

“Azərbaycan Respublikasında döv­lət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbay­can Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qə­rarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 747 (Cild I); 2024, № 1, maddə 101; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 mart tarixli 133 nömrəli, 3 aprel tarixli 196 nömrəli və 1 may tarixli 234 nömrəli qərarları) ilə təs­diq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyə­ti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xa­rici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli böl­mələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqan­larının yanında yaradılan dövlət agent­liklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”­nin cədvəlinin 24-1-ci hissəsinin “cəmi” sütununda “22” rəqəmləri “24” rəqəmləri ilə, “ərazi və yerli bölmələr üzrə” sütunun­da “11” rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
xalqqazeti.az

2Mənbələr