AZ

Sürət qatarının hərəkəti bərpa edildi – YENİLƏNİB

Bakı-Sumqayıt qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

Avtosfer.az xəbər verir ki, qatar aşağı sürətlə Bakı istiqamətində hərəkət edir.

Bələdçilər texniki problemin aradan qaldırıldığını elan ediblər.

***
08:40

Bakı-Sumqayıt-Bakı sürət qatarı texniki nasazlıq səbəbindən yolda dayanıb.

Avtosfer.az xəbər verir ki, nasazlıq qrafik üzrə Xırdalan dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Hazırda qatarın nə zaman hərəkət edəcəyi bilinmir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
6
avtosfer.az

10Mənbələr