AZ

Nərimanovda yaşayış binasında yanğın baş verdi

Bakı şəhərinin Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları 4 kvadratmetr sahədə, içərisində bir ədəd kondisioner və binanın 5-ci mərtəbəsində ümumi sahəsi 54 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanının bir ədəd plastikdən ibarət qapısı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
12
avtosfer.az

10Mənbələr