AZ

Keyt Middleton işə nə vaxt qayıdacaq?

Şahzadə Keyt Middleton hələ öz vəzifəsinə qayıtmağa hazır deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Hazırda Keyt Middletonun səhhəti onun işə tam qayıtmasına imkan vermir. Bununla belə, kral müxbiri Kemeron Uolkerin sözlərinə görə, Uels şahzadəsi psixoloji çətinliklərlə üzləşmiş gənc fermerlər üçün yeni layihəsinin necə inkişaf etdiyinə sevinir.

"Mənə dedilər ki, o, hesabatı oxuyub və layihənin gedişatı barədə məlumat alıb. Bununla belə, bu, onun işə qayıtması kimi qəbul edilməməlidir", deyə Uolker bildirib.

Qeyd edək ki, Kate Middletona xərçəng diaqnozu qoyulub. Martın 22-də onun profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərini keçdiyini açıqlanıb. 

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
9
qaynarinfo.az

9Mənbələr