AZ

Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb.

Aznews.az "France24"ə istinadən xəbər verir ki, Makron iğtişaşların baş verdiyi adaya səfərinin son günündə seçki islahatlarının məcburi həyata keçirilməyəcəyi vədini verib.

"Bu islahatın indiki kontekstdə zorla həyata keçirilməyəcəyini söz vermişdim və dialoqun bərpasına imkan vermək üçün özümüzə bir neçə həftə vaxt veririk", - Makron deyib.

Məlumata görə, müstəqillik tərəfdarı aborigen kanakların və Paris yönümlülərin liderləri ilə görüşdən sonra Makron arxipelaqda növbəti referenduma aparacaq yol xəritəsi təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
9
aznews.az

10Mənbələr