AZ

Mahnısını Nailə Mirməmmədliyə həsr etdi - VİDEO

Əməkdar artist Abbas Bağırov yeni layihəsini təqdim edib.

 

Sfera.az bildirir ki, ifaçı “İzim qalacaq” adlı mahnısını klipiylə birgə dinləyicilərinin ixtiyarına verib. O, sözügedən nəğməni mərhum sənətçi Nailə Mirməmmədliyə həsr etdiyini bildirib.

 

“23 may bəstəkar, Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədlinin doğum günüdür və bu əsərini ona ithaf edirik”, - deyə, Abbas paylaşımında yazıb.

 

Bəstənin musiqisi Nailə Mirməmmədliyə, sözləri isə Vüqar Əhmədə məxsusdur. 

 

Ekran işində Mirməmmədlinin görüntülərinə də yer verilib.

 

Qeyd edək ki, klip Bağırovun rəsmi yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
41
sfera.az

10Mənbələr