AZ

Makron Yeni Kaledoniyaya zirehli texnika və helikopterlər göndərir

Fransa hakimiyyəti asayişi bərpa etmək üçün Yeni Kaledoniyaya əlavə zirehli maşınlar və helikopterlər göndərəcək.
Bunu Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
"Yaxın saatlarda biz addım-addım zorakılığın hökm sürdüyü hər bir məhəlləyə nəzarəti bərpa etmək üçün əlavə zirehli maşınlar və helikopterlər göndərəcəyik", - deyə o bildirib.
Prezident aydınlaşdırıb ki, iğtişaşların yatırılmasına üç min hüquq-mühafizə orqanı əməkdaşı, o cümlədən xüsusi təyinatlı polis və jandarma bölmələrinin 130 əməkdaşı cəlb olunub.
Mənbə: TASS
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
50
oxu.az

10Mənbələr