AZ

Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə

Ölkənin ilk rəqəmsal bankı Birbank taksit kart sahibləri üçün daha bir yenilik təqdim edir.

Belə ki, artıq Ninja təklifi yalnız SMS vasitəsilə deyil, həm də Birbank mobil tətbiqi üzərindən də istifadəyə açıqdır. Bunun üçün tətbiqin “Daha çox” hissəsindəki "Ninja" səhifəsinə daxil olmaq və siyahıda olan istənilən ödənişi aylara bölmək kifayətdir.

Həmçinin müştərilər "Tarixçə" bölməsində də Ninja təklifi üçün uyğun əməliyyatlar olduqda bu haqda bildiriş görəcəklər. Onu da qeyd etmək lazımdır ki, Birbank taksit kartları ilə edilən birdəfəlik ödənişləri (POS-terminal vasitəsilə edilən birdəfəlik və onlayn ödənişlər), nağdlaşdırma və köçürmə əməliyyatlarını Ninja təklifi ilə müəyyən komissiya qarşılığında 2, 3, 6 və ya 12 aylıq hissələrə bölmək mümkündür. Xidmətdən faydanlamaq istəyən müştərilərə tətbiqin ən son versiyanı yükləmələri tövsiyə olunur. Təklif əməliyyatdan sonrakı ilk 24 saatı əhatə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
43
publika.az

10Mənbələr