AZ

Ağdərənin beş məktəbi yenidən bərpa olunur

Ağdərə rayonunun beş məktəbi yenidən bərpa olunur.

Turkustan.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.

Siyahıya aşağıdakı məktəblər əlavə olunub:

- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi

- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi

- Ağdərə rayonu Talış kənd tam orta məktəbi

- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi

- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi. /teleqraf.com/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
49
turkustan.az

10Mənbələr