AZ

Azərbaycanda turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işə başlayıb

Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışında deyib.

"COP29-un yüksək texniki təşkilini təmin etmək məqsədilə Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb. Bakı və Sumqayıt şəhərlərində 300-dən çox yerləşdirmə obyekti yoxlanılıb, onlardan təqribən 200-ü ulduz reytinqi alıb. Ulduz reytinqinə uyğun olmayan 40-a yaxın hotelə çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Hazırda digər bölgələrdəki hotellərin qiymətləndirilməsi planlaşdırılır", - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
4
day.az

5Mənbələr