AZ

Türkoloq Ramiz Əskərlə vida mərasimi keçirilib - FOTOLAR

Bu gün tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, jurnalist Ramiz Əskərlə vida mərasimi keçirilib. 

Ednews xəbər verir ki, mərhum alimlə vida mərasimi Jurnalistlər binasında baş tutub.

Vida mərasimində BAMF prezidenti, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev, yazıçı Səfər Alışarlı, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Tahir Aydınoğlu, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Mətbuat Şurasının İdarə heyətinin üzvləri, media nümayəndələri, alimlər, professorlar və ailə üzvləri iştrak ediblər.

Böyük alim son mənizlə yola salınıb. 

Qeyd edək ki, Ramiz Əskər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində anadan olub. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

O, Azərbaycanın "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Humay", Türkiyənin "Türk dünyasına xidmət", Türkmənistanın "Altın əsr" və TürkSOY-un "Özəl ödül" mükafatları laureatıdır. "Baburnamə"nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın "Mədəniyyət sahəsində uğurlar" medalına layiq görülüb. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalisti olub.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr edib. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilib.

Ramiz Əskər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət”, ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

jj.jpg

10945bd5-1f22-47c7-b36f-4508526a7c6c.jpg

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
18
ednews.net

10Mənbələr