AZ

DSX: Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bakı, 23 may, AZƏRTAC

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları əməliyyat keçiriblər.

Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, əməkdaşların sayıqlığı nəticəsində ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
17
azertag.az

8Mənbələr