AZ

Bu bir İLK OLACAQ: Rəisi görün harada dəfn edilir - VİDEO

Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi bu gün son mənzilə yola salınır.

Musavat.com İran mediasına istinadən xəbər verir ki, Rəisinin cənazəsi doğulduğu Məşhəddəki 8-ci imamın məqbərəsində dəfn ediləcək.

Rəisi ölkədə böyük şərəfi təmsil edən məqbərədə dəfn edilən ilk yüksək səviyyəli siyasətçi olacaq.

İran mediası dəfn mərasimini “möhtəşəm vida” kimi qiymətləndirib. “Tehran Times” yazır ki, görünməmiş fəallıq mərhum prezidentin İran xalqına dərin təsirinin sübutudur.

İranın ali dini lideri Xamenei Qətər əmiri ilə görüşündə İranın mərhum prezident İbrahim Rəisinin başlatdığı yolu davam etdirmək əzmində olduğunu vurğulayıb və bildirib ki, son faciəyə baxmayaraq, rəsmi Tehranın kursu dəyişməyəcək.

Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter Vərzəqan rayonunda sərt eniş edərək qəzaya uğrayıb. Hadisə nəticəsində 9 nəfər həlak olub.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
musavat.com

10Mənbələr