AZ

49 minə yaxın abituriyent qəbul imtahanı verəcək - Bu tarixdə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisasqrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanıkeçiriləcək.

DİM-dən Trend-ə verilənxəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax,Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə,Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad,Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 16-dan etibarən Dövlət İmtahan Mərkəzininsaytında "İmtahana buraxılış vərəqəsi"ni çap edəbilirlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix,şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahanbinasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat10:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-dəburaxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılarimtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçünbinaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahaniştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Onagörə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtdagəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamamolmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət MiqrasiyaXidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusualmış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqınvəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digərsənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş vəfotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4smölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahanbinası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 23874, III ixtisas qrupu üzrəimtahanda isə 25104 nəfər olmaqla, ümumilikdə 48978 abituriyentiniştirakı nəzərdə tutulur.

İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil,serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirakedəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahanbinalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmişşəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətliabituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün dəşərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdudiştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlimkeçirilib.

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirakedəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşlarıilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxışkeçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildəimtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təminedilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 25-də təkrar baxışkeçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalarmöhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsininəməkdaşlarının mühafizəsinə veriləcək.

İmtahanların gedişini işıqlandırmaq üçün 42 KİV nümayəndəsiDİM-də akkreditasiyadan keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
26
az.trend.az

10Mənbələr