AZ

Dövlətin ABB-si ₼383 milyonluq xalis mənfəət açıqladı – Audit hesabatı

Dövlətə məxsus olan ölkənin ən iri bankı ABB (Azərbaycan Beynəlxalq Bankı ASC) 2023-cü il üzrə audit hesabatını açıqlayıb və hesabatı böyük dördlüyə daxil olan “E&Y” audit şirkəti aparıb.

Banker.az hesabata istinadən xəbər verir ki, dövlət bankı 2023-cü ildə 383.13 milyon manat məcmu gəlir əldə edib. Bu 2022-ci ildə 237.8 milyon manat idi.

Bank 2023-cü ildə 787.71 milyon manat cəmi faiz gəliri əldə edib ki, bunun da 4881.96 milyon manatını kreditlərdən gələn faizlərdir. Bank cəmi faiz gəlirlərini illik müqayisədə 32 faiz artıra bilib. Bankın faiz xərcləri isə 151.87 mln. manat olb ki, bu da xalis faiz gəlirlərinin 635.83 manat olması deməkdir.

Bankın bütün gəlir və xərclər fərqindən sonra 484.16 milyon manat mənfəəti olub və buradan 103.27 milyon manatı gəlir vergisi kimi dövlətə ödənib. Bununla da xalis mənfəəti 380.89 mln. manat olub. 2022-ci ildəki nəticəni 32 faiz üstələmiş olub.

Cari ilin əvvəlinə olan nəticəyə əsasən bankın balans kapitalında 788.88 milyon manat bölüşdürülməmiş mənfəət var. Bankın əsas sahibi dövlətdir və ölkənin azsaylı dövlət şirkəti olaraq büdcəyə dividendlərini son illərdə davam etdirir. Ötən ilin əvvəlindən  bölüşdürülməmiş mənfəəti 564.59 milyon manat olmuşdur. 2022-ci ildə 124.71 milyon manat, 2023-cüi ildə isə  156.6 milyon manat səhmdarlara dividend ödənilib. İlin əvvəlində Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirmişdi ki, bunun da 151 mln. manatı məhz dövlətə ödənib.

Ümumən, son 5 ildə mənfəət vergisi, səhmdarlara ödənilən dividendlər nəzərə alınmaqla dövlət büdcəsinə və sosial yönümlü layihələrə ABB 1.3 mlrd. manatdan çox ödənişlər edib.2342342343243242

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
27
banker.az

10Mənbələr