AZ

Gürcüstan Prezidenti müzakirəni bağladı – Baş nazir

“Sağlam müzakirəyə yer qoymadılar. Gürcüstan Prezidenti Salome Zurabişvili müzakirəni bağladı və sənədə veto qoydu”.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze belə deyib. Onun sözlərinə görə, “xarici agentlər” haqqında qanunla bağlı proseslər elə aparılıb ki, ümumiyyətlə, müzakirəyə yer qalmayıb:

“Qeyri-hökumət təşkilatları ümumilikdə müxtəlif ölkələrdə siyasi maraq və məqsədləri həyata keçirmək üçün istifadə olunan siyasi alətdir. Ona görə də siyasətlə məşğul olduğumuz yerdə heç kim öz maliyyəsinin şəffaflığından məmnun deyil. Həmin səbəbdən də bu subyektiv maraq başa düşüləndir.

Axırda da onlar sizdən şəffaflıq tələb etdikdə, şəffaflığa qarşı belə mübarizə apara bilməzsiniz. Bu, sadəcə olaraq anlaşılmaz və qəbuledilməzdir. Bütün bunlar müzakirənin niyə qapalı olmasının izahıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
3
nocomment.az

10Mənbələr