AZ

Bakının əsas küçələrindən biri bağlandı - FOTO

Bu gün səhər saatlarından etibarən Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Eyni zamanda təmir işləri müddətində 21 və 175 nömrəli avtobuslar Dənizkənarı küçə, 10 nömrəli avtobus Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələri, 32 və 46 nömrəli avtobuslar Nəcəfqulu Rəfiyev, Süleyman Vəzirov və Xəqani Rüstəmov küçələri ilə hərəkət edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
8
korrespondent.az

10Mənbələr