AZ

Avropa Liqası: “Qarabağ”ın futbolçuları ilk beşlikdə

UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəriciləri açıqlanıb.

Msport.az xəbər verir ki, “Qarabağ”ın üç futbolçusu müxtəlif nominasiyalarda ön sıralarda qərarlaşıblar.

hlən atlar”ın hücumçusu Olavio Juninyo beş qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür. Braziliyalı forvard (11 dəqiq zərbə) çərçivəyə dəqiq zərbələrdə 5-7-ci sıralarda yer alb.

Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə buna müvəffəq olub.

“Qarabağ”ın qapıçısı Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) ikincidir.

Qeyd edək ki, İtaliyanın “Atalanta” klubu finalda Almaniya təmsilçisi “Bayer 04″ü üç cavabsız qolla üstələyərək yarışın qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
9
msport.az

10Mənbələr