AZ

Azərbaycanın Avropa çempionu mundialda mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın daha bir cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, 100 kq çəki dərəcəsində Zelim Kotsoyev tatamiyə çıxacaq.

2023-cü ildə Avropa çempionu olan idmançı 1/16 finalda Pyotr Kuçera (Polşa) - Jonqhoon Von (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
8
bakivaxti.az

9Mənbələr