AZ

Qəzzada döyüşlərdə İsrail ordusunun daha bir neçə hərbçisi həlak olub

İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyatlar zamanı daha üç hərbçisinin həlak olması barədə məlumat verib.

Bu barədə Aktual.az İsrailin Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 33 yaşlı baş çavuş, 22 yaşlı kapitan və 21 yaşlı çavuş çərşənbə günü Fələstin anklavının şimalındakı döyüşlərdə öldürülüb.

Son məlumatlarla Qəzzada quru hücumu başlayandan bəri ölən İsrail əsgər və zabitlərinin ümumi sayı 282 nəfərə çatıb. Fələstinlə münaqişənin yeni dövrü ərzində İsrail hərbçiləri arasında qurbanların ümumi sayı artıq 634 nəfər olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
6
ulusum.az

10Mənbələr