AZ

Şumaxerin ailəsinə təzminat ödəniləcək: Saxta müsahibəyə görə

“Funke” nəşriyyatı süni intellektin yaratdığı saxta müsahibəni dərc etdiyinə görə yeddiqat Formula 1 çempionu Mixael Şumaxerin ailəsinə 200 min avro təzminat ödəyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.

2023-cü ilin aprelində “Funke”nin “Die Aktuelle” jurnalı ciddi kəllə-beyin travması keçirdikdən sonra 2013-cü ildən bəri ictimaiyyətə görünməyən Şumaxerlə eksklüziv müsahibə kimi təqdim olunan məqalə dərc edib.

Sonradan məlum olub ki, məqalə süni intellektə malik “chatbot” tərəfindən yaradılıb. Media şirkəti ictimaiyyət qarşısında üzr istəyib və nəşrə cavabdeh olan baş redaktor Enn Hoffmanı işdən çıxarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
18
publika.az

10Mənbələr