AZ

İngiltərədə erkən seçki qərarı verildi - Rişi Sunak Kraldan razılııq aldı

Britaniyanın baş naziri Rişi Sunak ölkənin növbədənkənar seçkiyə hazırlaşdığını açıqlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq baş nazir Kraldan parlamentin buraxılmasını xahiş edib.

O, ölkədə iyulun 4-də parlament seçkilərinin keçiriləcəyini bildirib: "Son 5 ildə İkinci Dünya Müharibəsindən bu yana ölkəmiz ən çətin dövrlərdən keçərək iqtisadiyyatını böyüməyə davam edir. Artıq inflyasiyanın normala dönüb, faiz dərəcələri aşağı düşüb. Hökumətin planı uğurla işləyir. Düzdür, hazırda bir çox insan üçün işlərin asan olmadığının da fərqindəyik. İndi hər şeyə rəğmən, xalqa "Kimə güvənirsiniz?" sualını vermək zamanıdır. İndi İngiltərənin öz gələcəyini seçmək vaxtıdır. İndi qərar vermək vaxtıdır. Bu gün səhər saatlarında Kralla görüşdüm. İngiltərə və parlamentin buraxılması haqda qərarı Kral qəbul etdi. 4 iyulda seçkilər olacaq".

Samir Musayev

MİA.AZ
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
13
mia.az

10Mənbələr