AZ

Portağal şirəsinin dünya bazar qiyməti rekord həddə çatıb

Dünyada portağal şirəsinin birja qiymətləri bir funt dondurulmuş konsentrat üçün rekord həddə - 4,56 dollara çatıb.

Musavat.com ICE Futures-ə istinadən xəbər verir ki, bahalaşma konsentratın dünyada əsas istehsalçısı olan Braziliyada portağal yığımı ilə bağlı bədbin proqnozla izah olunur.

Məlumata görə, bu il Braziliyada əvvəlki mövsümlə müqayisədə 24 faiz az portağal yığılacağı gözlənilir. Bu, 1989-cu ildən bəri ən aşağı məhsul olacaq. Braziliya bu məhsulun istehsalında 34 faiz payla dünyada birinci yerdədir.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
22
musavat.com

10Mənbələr