AZ

Bu ölkədə buz qıtlığı yaranıb

Meksikada müşahidə olunan kəskin istilər paytaxt Mexiko mağazalarında buz qıtlığına gətirib çıxarıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, şəhərin böyük mağazalarında buz piştaxtaları bomboşdur.

İki mağaza şəbəkəsinin işçiləri bildiriblər ki, sonuncu dəfə həftəsonu buz gətirilib və bir neçə saat ərzində satılıb. Kiçik mağaza sahibi də öz növbəsində bir həftədən artıqdır ki, buz ala bilmədiyini bildirib.

“El Universal” qəzetinin istehsalçılara istinadən verdiyi məlumata görə, adətən yerli mağazalarda bol-bol satılan və içkilərin soyudulması üçün istifadə edilən buzlara tələbat istehsal gücünü xeyli üstələyir. İztacalco bələdiyyəsindəki buz fabriklərindən birinin işçisi bildirib ki, istilər səbəbindən buz indi yalnız ilkin sifarişlə satılır və pulsuz satışa çıxarılmır.

Qeyd edək ki, may ayında Meksikada həddindən artıq yüksək temperatur yaşanıb. Mexikoda ardıcıl olaraq bir neçə tarixi temperatur rekordu qırılıb. İstilər ölkənin enerji şəbəkəsinin hədsiz yüklənməsinə və ölkə boyu elektrik enerjisinin kəsilməsinə səbəb olub. Ölkədə yüksək temperatur səbəbindən azı 28 nəfər ölüb.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
musavat.com

7Mənbələr