AZ

BMT TŞ-də Azərbaycanın mina problemindən danışıldı - FOTO

Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan Azərbaycan ərazisinə yerləşdirdiyi minaların yerləri haqqında tam və dəqiq məlumatı paylaşmaqdan imtina edir.

Olaylar.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.

Səfir bildirib ki, bununla da Ermənistan 30 il işğalda saxladığı bölgədə Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtması prosesini bilərəkdən gecikdirir:

"Münaqişə həm də Azərbaycanı dünyanın ən çox minalanmış çirklənmiş ölkələrindən birinə çevirdi, təxminən 1,5 milyon mina və naməlum sayda partlamış sursatlar bölgədə mülki əhali üçün ciddi risklər yaradır".

Diplomat qeyd edib ki, münaqişədən sonrakı dövürdə mina qurbanlarının sayını 360-a çatıb, onlardan 68-i həyatını itirib, 292-si isə ağır yaralanıb.

Məqaləyə dair fotomateriallar:
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
156
26
olaylar.az

10Mənbələr