AZ

Britaniya seçkilərə gedir – Tarix məlum oldu 

Böyük Britaniyada iyulun 4-ü parlament seçkiləri keçiriləcək.

 

Viral.az xəbər verir ki, bu barədə Britaniyanın baş naziri Rişi Sunak hökumətin iclasından sonra məlumat verib.

 

“İndi Böyük Britaniyanın gələcəyimizi seçmək vaxtıdır”, – o deyib.

 

Sunak qərarın kralla birlikdə qəbul edildiyini bildirib.

 

“Mən bu gün səhər saatlarında Əlahəzrət Kralla söhbətdə parlamentin buraxılmasını xahiş etdim. Kral bu tələbi yerinə yetirdi və biz iyulun 4-də ümumi seçki keçirəcəyik”, – Baş nazir qeyd edib.

 

O vurğulayıb ki, Böyük Britaniyada seçkilər “dünyanın Soyuq Müharibə bitdikdən sonra olduğundan daha təhlükəli olduğu” bir vaxtda keçiriləcək. Onun sözlərinə görə, qlobal təhlükəsizlik və sabitliyə təhlükə Ukraynadakı döyüşlər və Yaxın Şərqdə ekstremizmin güclənməsi ilə bağlıdır.

 

“Bizim planımız var və ölkəmizi çiçəkləndirmək üçün lazım olan cəsarətli addımları atmağa hazırıq. Mən bu plana sadiqəm və çətin olsa belə, həmişə sizinlə dürüst olmuşam, çünki mən asan olanı deyil, ölkəmiz üçün doğru olanı rəhbər tuturam”, – baş nazir əlavə edib.

 

Qeyd edək ki, Böyük Britaniyada keçirilən ümumi seçkilərdə parlamentin aşağı palatası olan İcmalar Palatasının yeni tərkibi formalaşdırılır. Səsvermə 650 seçki dairəsi üzrə keçirilir. Hər bir seçki dairəsində həmin dairədən deputatlığa namizədlər üçün səsvermə keçirilir.

 

Yerli mətbuat yazır ki, növbəti parlament seçkiləri 2025-ci il yanvarın 28-dən gec olmayaraq keçirilməli idi.

 

Ekspertlər hesab edirlər ki, Rişi Sunak Böyük Britaniyada iqtisadi vəziyyətin yaxşılaşması ilə əlaqədar seçkiləri vaxtından əvvəl keçirmək qərarına gəlib. Məlumata görə, 2024-cü ilin aprel ayının sonunda Böyük Britaniyada inflyasiya mart ayındaki 3,2%-dən 2,3%-ə enib. Böyük Britaniya iqtisadiyyatı 2024-cü ilin birinci rübündə əvvəlki üç aya nisbətən 0,6% böyüyüb. Beləliklə, baş nazir bu göstəriciləri seçkidə istifadə etmək niyyətindədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
13
viral.az

10Mənbələr