AZ

Banklar 4 ayda kredit faizlərindən 1 milyard manata yaxın gəlir əldə ediblər

Azərbaycandakı bankların 2024-cü ilin yanvar-aprel aylarında kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların kreditlər üzrə faiz gəlirləri 984 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21.5% çoxdur.

Bankların 2023-cü ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 810 milyon manat təşkil etmişdir.

Yanvar-aprel ayında faizlər üzrə xərcləri isə 352.4 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 268.4 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
1
iqtisadiyyat.az

10Mənbələr