AZ

“Azərbaycanla sərhədin delimitasiyası prosesi Ermənistanın təhlükəsizliyinin təminatıdır”- PAŞİNYAN

Azərbaycanla sərhədin delimitasiyası prosesi Ermənistanın təhlükəsizliyinin təminatıdır.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, Ermənistanla Azərbaycan arasında Tavuş bölgəsində sərhədin delimitasiyası prosesində erməni tərəfinin güzəştə getməsi ilə bağlı danışıqları qəbuledilməz hesab edib.

“Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesi ilə bağlı qərar qəbul etməzdən əvvəl Ermənistan hökuməti Təhlükəsizlik Şurasında və digər formatlarda onlarla müzakirələr aparıb. Mən şübhə etmirəm ki, bu qərarlar hüquqi cəhətdən əsaslandırılıb, çünki onların qanuniliyi müvafiq dövlət qurumlarımız tərəfindən qeydə alınır və heç bir şübhə ola bilməz”, – Paşinyan deyib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
50
azpost.info

10Mənbələr