AZ

Səttar Möhbalıyev məhkəmədə dindirilməsi tələb olunub

Yasamal rayonunda yerləşən “Məhsul” stadionunu satmaq adı ilə sahibkarları aldatmaqda ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun məhkəməsi davam edir.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə iş materialları tədqiq olunub.

Zərərçəkmiş şəxslərin nümayəndəsi Aslan İsmayılov Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin məhkəməyə çağırılmasını istəyib.

Vəkilin sözlərinə görə, cinayət işindəki sənəd-sübutlar və səs yazıları göstərir ki, Səttar Möhbalıyev dövlətin malını-stadionları öz mülki kimi satıb. Aslan İsmayılov iddia edir ki, burada tək “Məhsul” stadionundan söhbət getmir: “Çox təəssüf ki, istintaq dövründə də Möhbalıyev dindirilməyib. Bir ildir burda da eyni məsələni qaldırırıq, araşdırma istəyirik. Amma məhkəmə də bizim vəsatətlərimizi təmin etmir”.

Zərərçəkmiş şəxslər də vəsatəti müdafiə ediblər.

Təqsirləndirilən şəxslər isə vəsatətə münasibətdə fərqli mövqedədirlər. Alik Həsənov S.Möhbalıyevin məhkəmədə dindirilməsini istəsə də, Nadir Əliyev bunun əleyhinədir.

Aslan İsmayılov Nadir Əliyevin bu cür davranışını ona verilən müsbət vədlərlə əlaqələndirir.

Fərid Namazovun sədrlik etdiyi məhkəmə heyəti Səttar Möhbalıyevin məhkəməyə çağırılmasına ehtiyac görməyib. Təqsirləndirilən şəxslər arasındakı deputatın adı keçən səs yazısı isə işə əlavə olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” sradionunun ərazisini sata biləcəkləri vədini verərək, sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
9
e-huquq.az

10Mənbələr