![Prezident](https://ulusum.az/uploads/posts/2024-05/91efee5499_1716379998_6cfa4b76-74f1-39d8-a593-3838e9591392_850-11.webp)
Azərbaycan Prezidenti İlham Əliyev Administrasiyanın Hərbi məsələlər şöbəsinə müdir təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Ulusum.az-ın məlumatına görə, bu vəzifəyə Fərid Mirmufid oğlu Seyidov təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.