AZ

Çempionlar, Avropa və Konfrans liqalarının finalları bu şəhərlərdə olacaq

2025/2026-ci illər mövsümündə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Heftelik.az xəbər verir ki, növbəti mövsümün finalı Budapeştdə baş tutacaq.

2026 UEFA Avropa Liqasının finalı İstanbulda keçiriləcək.

2027 UEFA Konfrans Liqasının finalı da İstanbulda oynanılacaq.

İdarə Heyəti 2026-cı ildə UEFA Avropa Liqasının finalının “Beşiktaş”ın ev oyunlarını keçirdiyi “Tüpraş” stadionunda keçirilməsinə qərar verib. 2027-ci ildə Konfrans Liqasının finalının oynanılacağı stadion isə daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, TFF 18 iyul 2023-cü il tarixli açıqlamasında UEFA-ya finalların “Fənərbaxça”, “Qalatasaray” və ya “Beşiktaş”ın stadionlarından birində keçirilməsini təklif etdiyini bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
6
heftelik.az

7Mənbələr