AZ

Almaniyada çadır şəhərciyini ildırım vurdu: 38 məktəbli xəstəxanaya yerləşdirildi

Almaniyada uşaq çadır şəhərciyini ildırım vurub, nəticədə 38 məktəbli xəstəxanaya yerləşdirilib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Şimali Reyn-Vestfaliya əyalətinin yanğınsöndürmə xidməti məlumat yayıb.

 Vestfaliyada 700-dən çox uşağın olduğu çadır düşərgəsini ildırım vurub. 38 məktəbli xəstəxanaya yerləşdirilib, qalan uşaqlar təcili olaraq təxliyə edilib.

Ümumilikdə 62 nəfər yerində müayinə olunub, xəstəxanaya yerləşdirilənlərə lazımi tibbi yardım göstərilib, sonra ambulator müalicəyə göndərilib.

Hadisə yerində 80 həkim və 120 xilasedicinin çalışdığı qeyd edilir.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
35
qaziler.az

10Mənbələr