İngiltərədə inflyasiya son 3 ilin ən aşağı səviyyəsinə düşüb və İngiltərə Bankının müəyyən etdiyi (Bank of England- BoE) hədəfə yaxınlaşıb. Böyük Britaniyada istehlak qiymətləri aprel ayında birja gözləntilərini doğrultmayıb, lakin İngiltərə Bankının hədəfindən bir qədər yuxarı - təxminən üç ilin ən aşağı səviyyəsinə düşüb.
“İki sahil” xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi (Office for National Statistics - ONS) inflyasiyanın 2,3%-ə düşdüyünü, 2021-ci ilin iyul ayından bəri görülməyən ən aşağı səviyyə olduğunu bildirdi. Analitiklər inflyasiyanın 2,1%-ə düşəcəyini proqnozlaşdırırdılar.
İnflyasiyanın aylıq artımı 0,6%-dən 0,3%-ə qədər azalsa da, birjanın 0,2%-lik gözləntisindən bir qədər yüksək olub.
İnflyasiya İngiltərə Bankının 2%-lik hədəfindən bir qədər yuxarı olsa da, dərəcə təyin edənləri faiz dərəcələrini aşağı salmağa təşviq etmək və bunun nəticəsində borclanmanın ucuzlaşmasına təkan verəcəyi proqnozlaşdırılır.