AZ

"Qarabağda ilk seysmik stansiya bu ilin sentyabrında fəaliyyətə başlayacaq"

Qarabağda Şuşada ilk seysmik stansiya bu ilin sentyabrında  fəaliyyətə başlayacaq. 

FED.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, qardaş Türkiyənin dəstəyi ilə AFAD tərəfindən Şuşada artıq seysmik stansiya qurulması üçün 100 metrlik quyu qazılıb.

Stansiyanın fəaliyyətə başlaması üçün texniki işlər qalıb, mərkəzin qurulması və s. bütün cihazlar göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
11
fed.az

10Mənbələr