AZ

Azərbaycana neftdən sonra ən çox VALYUTA GƏTİRƏN SEKTOR

“Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar qeydə alınıb”.

Medianews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib.

Onun sözlərinə görə, bu ilin ilk dörd ayında ərəb ölkələrindən gələnlərin sayı 1,6 dəfə artsa da, Avropa İttifaqı və MDB dövlətləri üzrə artım sadəcə faizlə ifadə olunur: “Avropadan gələnlərin sayı 35,6 faiz, keçmiş müttəfiqlərimizin coğrafiyasını təmsil edən turistlərin sayı isə 30,3 faiz artıb. Körfəz dövlətlərindən gələnlərin sayının artması turizm mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır. Bütövlükdə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 38,9 faiz artaraq 726,4 min nəfərə çatıb. Gələnlərin 28,8 faizi Rusiya, 19,0 faizi Türkiyə, 9,7 faizi İran, 8,4 faizi Hindistan, 4,6 faizi Gürcüstan, 3,1 faizi Qazaxıstan vətəndaşlarıdır. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,3 dəfə, Hindistandan – 2,4 dəfə, Qazaxıstandan – 2,1 dəfə, Cənubi Koreyadan – 2,0 dəfə, Səudiyyə Ərəbistanından – 2,0 dəfə, Bəhreyndən – 2,0 dəfə, Qırğızıstandan – 1,9 dəfə, Filippindən – 1,9 dəfə, Omandan – 1,9 dəfə, İspaniyadan – 1,8 dəfə, İrandan – 1,6 dəfə, Tacikistandan – 1,6 dəfə, Misirdən – 1,5 dəfə, Türkmənistandan – 1,5 dəfə, Küveytdən – 1,5 dəfə artıb. Göründüyü kimi, gələn turistlərin sayındakı əsas artımlar yenə də Asiya ölkələrinin payına düşür”.

Millət vəkili deyib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: “Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk dörd ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.

Vüqar MƏMMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
14
medianews.az

9Mənbələr