AZ

Ölkədaxili nağdsız əməliyyatların həcmində ciddi artım var

Bu ilin aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,2 faiz artıb.

Mərkəzi Bankın hesabatına əsasən, ödəniş kartlarında artım debet kartları üzrə 22,9 faiz, kredit kartları üzrə 17,5 faiz təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

2024-cü ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,147 milyon manat olub. Həyata keçirilən nağdsız ödənişlərin 5,149 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 990 milyon manatı POS-terminallar, 8 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62 faizini təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
vergiler.az

10Mənbələr