AZ

“İrəvan” meydana buraxmağa oyunçu tapmadı

Azərbaycan çempionatının I Liqasında çıxış edən "İrəvan" növbəti dəfə problemlə üz-üzə gəlib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu, sonuncu - XXVII turun "Karvan"la bugünkü matçında yaşanıb.

Baş məşqçi Nazim Süleymanov meydana buraxmağa futbolçu tapmayıb. Onun sərəncamında 2 qapıçı və cəmi 9 sahə oyunçusu qalıb.

Bu üzdən Süleymanov "11-lik" düzəltmək üçün iki qapıçıdan yararlanıb. Matçın az əvvəl açıqlanan protokolunda Süleyman Süleymanov qapıçı, belaruslu Andrey Sinenka isə sahə oyunçusu kimi yer alıb. "İrəvan"ın ehtiyat oyunçusuz keçirəcəyi qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "İrəvan" cari mövsümdə futbolçu çatışmazlığı ilə dəfələrlə üzləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
33
2
milli.az

4Mənbələr