AZ

Meksikada həddindən artıq istilər səbəbindən 138 meymun ölüb

Ölkənin Tabasko əyalətindəki Usumacinta Biomüxtəlifliyin Qorunması təşkilatının açıqlamasında, bölgədəki həddindən artıq isti havadan meymunların mənfi təsirləndiyi açıqlanıb. Bizimyol.info "trthaber"ə istinadən bildirir ki, açıqlamada mayın 16-dan bəri Tabaskoda 138 ulayan meymunun öldüyü, ölən meymunların isə ağaclardan yıxıldığı bildirilib. Açıqlamada, xilas edilən meymunlardan bəzilərinin baytar həkimə aparılaraq müalicə olunduğu bildirilib. Baytar Həkim Dr. Serxio Valenzuela deyib ki, günvurmaya məruz qalan meymunlar susuz qalıb və onların vəziyyəti ağırdır. Mart ayından bəri Meksikada həddindən artıq istilər səbəbindən 26 nəfər ölüb. Qadir, Bizimyol.onfo

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
bizimyol.info

4Mənbələr