AZ

BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - Vətən Naminə

">

Ötən dövrdə ölkəmiz Beynəlxalq Əmək Təşkilatının (BƏT) 60-dək Konvensiyasına, o cümlədən  10 fundamental Konvensiyasından artıq 9-na qoşulub və BƏT-lə əməkdaşlıqda Layiqli Əmək üzrə yeni Ölkə Proqramının  layihəsi hazırlanıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkinlə keçirilən görüşdə bildirilib.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar prosesində BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə Ölkə Proqramının uğurlu icrası, birgə layihələrin əhəmiyyəti vurğulanıb.Ölkəmizdə əmək və məşğulluq sahəsində innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi sahəsində əldə olunan nailiyyətlər qeyd edilib. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirlərindən bəhs olunub.Əməyin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsinə mühüm dəstək olan Əməyin Mühafizəsi Mərkəzinin, habelə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyəti barədə məlumat verilib. Əməyin mühafizəsi üzrə milli standartların, həmçinin peşə və kvalifikasiya standartlarının hazırlanması sahəsində görülən işlər diqqətə çatdırılıb.M.Puşkin Azərbaycanın BƏT-lə fəal əməkdaşlığından məmnunluq ifadə edib. O, ölkəmizdə aparılan sosial islahatların, həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində atılan addımların, əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqinə  nail olunmasının  BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib.Görüşdə həyata keçirilən birgə layihələrə və BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
17
vetennamine.az

10Mənbələr