AZ

Bacısından Şəhriyarın fikirlərinə – Reaksiya

Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun “qadınlar hər sahədə kişilərdən geridədir” fikrinə münasibət bildirib.

Viral.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən Zeynəb Məmmədyarova qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:

“Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanır. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər. Şəhriyarla niyə eyni düşüncədə olduğuma aydınlıq gətirim. Belə ki, uğurlarımızda atamın rolu böyük olub, onun düşüncələri önəmli yerə sahibdir. Onun qurduğu planlar, cızdığı yol bizə təsir edib. Amma atam bunları qətiyyən təkbaşına həyata keçirə bilməzdi. Onun fikirlərini diqqətlə, hörmətlə, qayğıyla dəstəkləyən anam olub. Əgər anamın fikri başqa cür olsaydı, atamın dedikləri ilə razılaşmasaydı, desəydi ki, gəl uşaqları başqa sahəyə yönləndirək, narazılıq olsaydı, hər gün valideynlərimiz arasında fikir ayrılığı olsaydı, ikisi də bizi şahmatda dəstəkləməsəydi, belə nəticələr olmazdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
23
viral.az

10Mənbələr