AZ

Bu verilişlərlə bağlı mühüm açıqlama: Yeni mövsümdən…

Təqribən 2 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi. Telekanalların reytinq yarışında etik qaydaların pozulduğu, milli-mənəvi dəyərlərimizə xələl gətirildiyi, insanların şəxsi həyatına kobud müdaxilələrin yol verildiyi bildirilərək ən qısa zamanda tədbir görülməsi tələb olundu.

Bundan sonra sözügedən verilişlərin bəzilərinin efir vaxtı 2 saat, bəzilərininki isə 30 dəqiqə azaldıldı.

Buna baxmayaraq, vətəndaşlar iddia edir ki, efir vaxtı azaldılsa da, verilişlərin məzmununda hər hansı dəyişiklik müşahidə olunmur.

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı aparıcı Turan İbrahimov yenisabah.az-a danışıb.

O bildirib ki, əvvəlki dövrlə müqayisədə sosial verilişlər indi daha korrekt çalışırlar: “Açığı, o dediyiniz verlişlərdən heç bir xəbərim yoxdu, nəyinsə dəyişib- dəyişmədiyini də deyə bilmərəm. Ancaq o verlişlərdən olan hissələrin son vaxtlar sosial şəbəkələrdə daha az yayıldığını nəzərə alsaq, demək ki, tam da əvvəlki kimi deyil. Yaradıcı heyyətlər nisbətən də olsa, daha korrekt işləyirlər”.

O bildirib ki, ciddi dəyişikləri yalnız yeni telemövsümdə görmək mümkün olacaq: “Ümumiyyətlə, nəyinsə dəyişib-dəyişməməsi haqqında tam olaraq yeni telemövsümdə fikir bildirə biləcəyik. Çünki yay aylarında kanallar yeni yayım siyasətlərini müəyyən edib sentyabr-oktyabr aylarında tətbiq etməyə başalayacaqlar. Yəqin ki, o zaman da müəyyən məsələləri nəzərə alacaqlar. Bir şeyi də deyim ki, yerli özəl televiziyaların həlledici gəlirləri və tamaşaçı auditoriyası məhz o tənqid olunan verlişlər üzərində qurulub. Sözügedən verlişlər tamamən dayandırılsa, yerli TV-lərin tamaşaçıları daha da azlacaq, həmin verlişlərə baxan və həm də yerli TV-lərə baxanların böyük bir hissəsi Türkiyə TV-lərindəki eyni qəbildən olan verlişlərə yönlənəcək. Məncə, bu reallığı da nəzərə almaq vacibdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
7
medianews.az

8Mənbələr