AZ

Arvadı tərəfindən döyülən kişilər: “Əlinə keçəni ərinin başına çırpırdı”

Məişət zorakılığı, şiddət, təzyiq deyiləndə, adətən, qadın və uşaqlar ağla gəlsə də, kişilər də məişət zorakılığının qurbanı olur. Ötən il 9 nəfər kişi oxşar durumla üzləşib. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.

Publika.az xəbər verir ki, həkim-psixoterapevt Azad İsazadə “Yeni Sabah”a mövzu ilə bağlı açıqlama verib. Bildirib ki, ailədə zorakılığa hər kəs məruz qala bilər:

“Bu siyahıya kişilər də daxildir. Ötən ilki hesablamara əsasən, 9 nəfər kişi məişət zorakılığının qurbanı olubsa, bu qoca, yaxud orta yaşlı, həmçinin yeniyetmə, o cümlədən ər də ola bilər. Psixoloji təzyiqə məruz qalan şəxs adətən yardım istəmir. Belə adamlara qoruyucu order, mühafizə orderi vermək mümkün deyil. Çünki bu durumu qanun çərçivəsində sübut etmək də bir az çətindir. Sözsüz ki, 9 nəfər kişi bu orderlə təmin olunubsa, deməli onlara hansısa fiziki təzyiq olub. Mühafizə orderi almaq çətin bir prosesdir. Bu reallaşıbsa, deməli, tibbi müayinədən keçiblər və şiddətin izləri sübut edilib. Beləliklə, həmin vəziyyət protokollaşdırılıb. Şiddət halları təkrarlanırsa, bu hadisəyə şahid olanlar varsa, həmin şəxslər bu iddianı təsdiq etdiyi təqdirdə, mühafizə orderi verilir və hansısa formada insanı qorumaq olur. Ərdirsə, həyat yoldaşının qardaşı, atası tərəfindən şiddətə məruz qala bilər. Gəlinin ailəsi imkanlıdırsa, hər hansı səbəbdən dolayı təzyiq göstərir və onu qorxutmuş ola bilərlər”.

Ekspert qeyd edib ki, qadınlar tərəfdən şiddətə məruz qalan kişilər adətən mühafizə orqanlarına müraciət etmirlər:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
9
publika.az

9Mənbələr