AZ

Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib (FOTO)

Bakı. Trend:

Mayın 22-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük MillətMəclisinin (TBMM) Təhsil, mədəniyyət, gənclik və idman komitəsininsədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti Fəxrixiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarətedib.

Parlamentdən Trend-ə verilənməlumata görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızınÜmummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib,məzarı önünə əklil qoyub.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək,ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmişqəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarlarıüzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklilqoyub.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtınınmənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi vəpaytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumatverilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsiuğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinəucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib. Abidənin önünəgül dəstələri qoyulub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Elm və təhsilkomitəsinin sədri Bəxtiyar Əliyev və digər rəsmi şəxslər müşayiətediblər.

Mahmut
Mahmut
Mahmut
Mahmut
Mahmut
Mahmut
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
4
az.trend.az

5Mənbələr