AZ

Azərbaycanda bank kartlarının sayı 18 milyon ədədə yaxınlaşıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 255 min ədəd artaraq 17 milyon 676 min ədəd təşkil etmişdir.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə
bu göstərici 22.2% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 22.9%, kredit kartları üzrə 17.5% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artmışdır. 2024-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 147 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 149 mln. manatı elektron ticarətin payına düşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
1
banker.az

10Mənbələr