AZ

İsrail Rəfaha hücumlarını genişləndirir

İsrail ordusu Rəfaha qurudan hücumlarını genişləndirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail əsgərləri Rəfah şəhərinin mərkəzi hissələrinə qədər irəliləyərək Filadelfiya dəhlizinin ortasına çatıblar. 

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılması barədə xəbərdarlıq edib.
 
Bunun ardınca mayın 7-də İsrail ordusu Rəfah bölgəsinə qurudan hücuma keçərək Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini açıqlayıb. 

Birləşmiş Millətlər Təşkilatı (BMT) mayın 20-də verdiyi açıqlamada son 2 həftədə 810 mindən çox fələstinlinin İsrail ordusunun hədəfi olan Rəfahı tərk etmək məcburiyyətində qaldığını bildirib. 

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 min 103-ü uşaq, 9 min 849-u qadın olmaqla, 35 min 647 fələstinli həlak olub, 79 min 852 nəfər isə yaralanıb.
 
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
41
azxeber.com

10Mənbələr