AZ

“Azərtütün” tərəfindən bu günədək şimal-qərb rayonlarında 616,3 hektar sahədə tütün əkilib

“Azərtütün”

Zaqatala, 22 may, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında bu günədək 616,3 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, bu il ASC tərəfindən həmin rayonlarda 692,6 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar 56 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 474,3 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən də cari mövsümdə 218,3 hektar sahədə tütün əkilməsi planlaşdırılır.

Bu günədək şirkət tərəfindən Şəki rayonunda 351,3 hektar, Qaxda 138,1 hektar, Zaqatalada 56,3 hektar, Balakəndə 45,9 hektar, Oğuz rayonunda isə 24,7 hektar sahəyə tütün şitilləri köçürülüb və hazırda işlər davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
2
azertag.az

3Mənbələr