AZ

Şeyxülislam İran səfirliyində olub

Qafqaz Müsəlmanla­rı İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 21-də İran İslam Respublikası­nın ölkəmizdəki səfirliyin­də olub. 

QMİ-nin mətbuat xidmətin­dən bildiriblər ki, şeyxülislam İranın Prezidenti Seyid İbra­him Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Təbrizin imamcüməsi Ayətul­lah Haşiminin və digər müşa­yiət edən şəxslərin helikopter qəzasında faciəli şəkildə həlak olmaları ilə əlaqədar başsağlı­ğı verib.

Allahşükür Paşazadə matəm kitabına ürək sözlərini yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
196
12
xalqqazeti.az

10Mənbələr