AZ

Xalq artisti: "Həmin rəqqasələr pula görə özlərini alçaldırlar"

95 yaşlı Xalq artisti Roza Cəlilova "Xəbərin olsun" verilişində sənəti ilə bağlı etiraflar edib.

Titul.az xəbər verir ki, "Məni sənətim yaşadır. Paxıllıq nədir bilmirəm. Tələbəm, rəfiqəm yaxşı oynayanda sevinirəm", deyən Xalq artisti indi bəzi rəqqasələrin sənəti ucuzlaşdırmasından narahatlığını ifadə edib.

Qocaman sənətkar bunları deyib:

"O qədər sənətimə qiymət verirdim ki, istəmirdim insanlar səhnədən sonra həyatda məni görsünlər. Deyirdim ki, elə bilsinlər nağılam. Yoldaşım deyir ki, niyə getmirsən? Cavab verirdim ki, zalda qalan 2 nəfər də getsin, sonra. Xalq məni ona görə sevdi ki, məni küçədə, toyda görmədi. İcazə vermirəm səhnəyə çıxan toya getsin.

Qızımın toyu oldu, orada rəqs etmədim. Toya gedən qız sənətkar deyil. O, pul naminə özünü alçaldır. Bizim musiqimiz, rəqsimiz, nənələrdən qalan geyimlər sənət üçündür. Toyun başqa rəqqasəsi var, oynasınlar. Amma səhnə səhnədir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
1
titul.az

10Mənbələr