AZ

Sulu meyvə-tərəvəz, yoxdur onlara əvəz

Mayenin az qəbulu dəri problemlərindən tutmuş baş ağrılarına qədər bir çox narahatlıqlara səbəb olur. Xüsusilə, yaz və yay fəsillərində orqanizmin maye ehtiyacını ödəmək üçün içməli sudan başqa alternativ – kalorisi az, tərkibində su miqdarı isə çox olan meyvə və tərəvəzlər var.

Xiyarın 95, kahının isə 96 faizi sudur. Xiyar aşağı kalorilidir və az miqdarda K vitamini, kalium və maqnezium toplayır. Kahının tərkibində yüksək miqdarda K və A vitamini var.

Boranının 95 faizi sudan ibarətdir və C vitamini ilə zəngindir.

Qarpızda 92 faizi su, A və C vitaminləri, maqnezium və likopen, eləcə də güclü antioksidantlar var.

Çiyələkdə su miqdarı 91 faiz, lif, antioksidant, C vitamini, folat və manqan boldur.

Qovunun 90 faizi sudan ibarərdir. Çoxlu lif ehtiva edir. Tərkibində A vitamini var.

Nektarin və armudun 88 faizi sudur. Armud kaliumla, nektarin isə A vitamini, kalium, beta-karotin və fosforla zəngindir.

Sitrus meyvələrinin 88 faizi sudur. Lif, kalium, antioksidant və C vitamini boldur.  Portağal, mandarin, qreypfrutu mövsümündə yemək lazımdır. Limon və laym kimi sitrus meyvələrini isə yaz və yay aylarında da istifadə etmək olar.

Z.HÜSEYNLİ 
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
3
xalqqazeti.az

10Mənbələr